
ACCA Member, Daxili audit, maliyyə idarəçiliyi və beynəlxalq hesabatlılıq üzrə mütəxəssis
Elşən Şahverdiyev bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuş və hazırda London Universitetində “Professional Accountancy” üzrə magistr təhsilini davam etdirir.
Hal-hazırda “Avromed Company” MMC-də Daxili Audit Meneceri vəzifəsində çalışır. Daha öncə “Paşa İnşaat”, “Dövlət Reklam Agentliyi Aparatı” və “Veysəloğlu” kimi şirkət və təşkilatlarda maliyyə uçotu, büdcə və audit sahəsində fəaliyyət göstərmişdir.
O, 2023-cü ildən etibarən ACCA üzvüdür və 6 ildən artıq təcrübəyə malik peşəkar təlimçidir. Bu müddət ərzində 500-dən çox tələbəsi beynəlxalq və yerli mühasibatlıq imtahanlarında uğurlu nəticələr əldə edib.
Tədris etdiyi təlimlər:
ACCA FA/F3 – Financial Accounting
ACCA FR/F7 – Financial Reporting
ACCA AA/F8 – Audit and Assurance
ACCA MA/F2 – Management Accounting
ACCA PM/F5 – Performance Management
PMS-1 – MHBS/KOS MHBS
