Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.
2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.
Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.
15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.
Peşəkar Mühasib Sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.