PMS I mərhələ üzrə imtahana hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

PMS I mərhələ kurs

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS I mərhələ üzrə imtahana hazırlıq kursuna başladıq.

Kur PMS imtahanının 1-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi haqqında:

Ph.D. Ağamir Əsgərov – Mühasibatlıq və Audit üzrə Ekspert

Mühasibat uçotu və audit sahəsində tanınmış mütəxəssisdir. Bakı Mühəndislik Universitetində maliyyə və mühasibat kafedrasında dosent vəzifəsində çalışır. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Peşəkar Mühasib Sertifikatının eksperti və Dövlət qulluğu sektorunda müstəqil eksperti kimi fəaliyyət göstərir.

Eyni zamanda, bir sıra qurumlarda Baş mühasib, Maliyyə direktoru vəzifələrində çalışır. Həmçinin bir neçə şirkətin təsisçisidir.

Təhsil və akademik nailiyyətlər

Ağamir Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarə edilməsi ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiya Komissiyasından iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi adını almışdır.

O, Maliyyə mühasibat sahəsində beynəlxalq səviyyədə tanınmış bir sıra elmi məqalələrin müəllifi, sahə üzrə bir sıra lahiyələrin icraçısı və müxtəlif Beynəlxalq Konfransların iştirakçısıdır.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: – dərs / Həftədə – dəfə

Kursa daxildir:

  • 27 dərs (54 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm də qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzunun adıSaat
11 – MALİYYƏ HESABATLARI ÜZRƏ KONSEPTUAL ƏSASLAR2
22 – MUBS-2 EHTİYATLAR3
33 – MUBS-16 – TORPAQ, TİKİLİ VƏ AVADANLIQLAR4
44 – MUBS 20 – HÖKUMƏT SUBSİDİYALARININ UÇOTU VƏ HÖKUMƏT YARDIMI HAQQINDA MƏLUMATIN AÇIQLANMASI2
55 – MUBS 40 –  İNVESTİSİYA MÜLKİYYƏTİ2
66 – MUBS 23 – BORCLAR ÜZRƏ MƏSRƏFLƏR2
77 – MUBS 38 –  QEYRİ-MADDİ AKTİVLƏR3
88 – MUBS 36 – AKTİVLƏRİN QİYMƏTDƏN DÜŞMƏSİ04
99 – MHBS 15 – MÜŞTƏRİLƏRLƏ MÜQAVİLƏLƏR ÜZRƏ GƏLİRLƏR4
1010 – MHBS 16 – İCARƏLƏR4
1111 – MHBS 9 – MALİYYƏ ALƏTLƏRİ2
1212 – MUBS 12 – MƏNFƏƏT VERGİSİ3
1313 – MUBS 21 – XARİCİ VALYUTA ƏMƏLİYYATLARIN DƏYİŞMƏSİNİN TƏSİRLƏRİ2
1414 – MUBS 37 – YARADILMIŞ EHTİYAT FONDLARI, ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ AKTİVLƏR2
1515 – MUBS 41 – KƏND TƏSƏRRÜFATI1
1616 – MUBS 7 – PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTi HAQQINDA HESABAT4
1717 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT4
1817 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT4
1918 – MUBS 1 – Maliyyə hesabatlarının təqdimatı2
CƏMİ54