Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursu

Mühasib vakansiyası üçün tələb edilən bacarıqlar arasında ən çox aşağıdakılara rast gəlirik:

  • Bəyannamə tərtibat proqramından (BTP) istifadə bacarığı;
  • Rüblük vahid bəyannamənin hazırlanması və təqdim edilməsi;
  • Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Mənfəət vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • ÖMV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının təqdim edilməsi və s.

Bizim təşkil etdiyimiz praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursunda iştirak edərək, qısa müddət ərzində bu hesabatların hazırlanması üzrə biliklər əldə edə bilərsiniz.

Kurs kimlər üçündür?

  • Mühasibat sahəsində çalışan mütəxəssislər, mühasib köməkçiləri və s.;
  • Mikro və kiçik sahibkarlar;
  • Həmçinin bu sahədə özünü inkişaf etdirmək istəyən şəxslər.

Kursun faydaları:

  • Ən çox istifadə olunan bəyannamələrin hazırlanmasını praktiki şəkildə öyrənərək peşəkarlığınızı daha da yüksəldəcəksiniz;
  • Vergi və statistika hesabatlarını doğru və sərbəst şəkildə təqdim etmə bacarıqlarınızı inkişaf etdirəcəksiniz;
  • Vergi hesabatlarına effektiv nəzarəti təmin edə biləcəksiniz (Sahibkarlar və digər menecerlər üçün).

Təlimçi – Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili almış, Türkiyənin Selçuk Universitetində isə “Mühasibat uçotu” üzrə magistr təhsili tamamlamışdır və hazırda Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisi olmaqla yanaşı, mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri kimi çalışır. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Əyani və onlayn iştirak imkanı.

Dərs müddəti və qrafiki: 10 dərs / Həftədə 2 dəfə, saat: 19:00-21:00

Kurs paketinə daxildir:

  • 10 dərs (20 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay ərzində iştirakçılar, öyrəndiklərini praktikada daha rahat tətbiq etmək və işlərində qarşılaşdıqları problemlərlə bağlı təlimçidən ödənişsiz məsləhət ala bilərlər.

Təlimlər video formatında qeyd olunur, bu da həm təkrar izləmək, həm də iştirak edə bilmədiyiniz dərsləri sonradan izləmək imkanı verir. Hər təlimdən sonra (1 gün ərzində) iştirakçılarla təlim materialları (yardımçı fayllar, cədvəllər) və video qeydləri paylaşılır.

Təlimlərin sonunda (keçirilən mövzuları əhatə edən) sertifikat imtahanı keçirilir. Nəticəyə əsasən iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı üçün minimum 80% davamiyyət, müvəffəqiyyət sertifikatı üçün isə 80% davamiyyət və yekun imtahandan ən azı 70% nəticə tələb olunur.


Kursun proqramı aşağıdakı kimidir:

1. BTP proqramı və vergi bəyannamələrinin tərtib edilməsi

  • BTP proqramı haqqında məlumat və yüklənməsi qaydası;
  • Vergi bəyannamələri barədə anlayışlar.

2. Sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı

  • Sadələşdirilmiş vergi ödəyiciləri və bəyannamə vermək mükəlləfiyyəti olan şəxslər barədə məlumat;
  • Azərbaycan Respublikası Qanuvericiliyinə əsasən sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
  • Onlayn qaydada sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
  • Sadələşdirilmiş vergi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması.

3. Ödəmə mənbəyindən vergi bəyannaməsinin tərtibatı

  • Ödəmə mənbəyindən vergi (ÖMV) haqqında ilkin anlayışlar:

       – İcarə öhdəliklərinə görə ÖMV hazırlanması;

       – Daşınma əməliyyatlarına görə ÖMV hazırlanması;

       – Dividend, royalti və sair ödəmələrə görə ÖMV hazırlanması.

  • ÖMV bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • ÖMV bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən ÖMV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd ÖMV bəyannaməsinin hazırlanması.

4. Mənfəət və gəlir vergisi bəyannaməsinin tərtib edilməsi

  • Mənfəət və gəlir vergisi haqqında ilkin anlayışlar;
  • Sahibkarlıq subyektinin meyarlarının təyin edilməsi;
  • Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
  • Mənfəət və gəlir vergisi bəyannaməsinin hazırlanması;
  • Mənfəət və gəlir vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Mənfəət və gəlir vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən mənfəət və ya gəlir vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd mənfəət və ya gəlir vergi bəyannaməsinin hazırlanması.

5. Əmlak vergi bəyannaməsinin tərtib edilməsi

  • Əmlak vergisi haqqında ilkin anlayışlar;
  • Əmlak vergisi bəyannaməsinin hazırlanması;
  • Əmlak vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Əmlak vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən əmlak vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd əmlak vergi bəyannaməsinin hazırlanması.

6. Torpaq vergi bəyannaməsinin tərtib edilməsi

  • Torpaq vergisi haqqında ilkin anlayışlar;
  • Torpaq vergisi bəyannaməsinin hazırlanması;
  • Torpaq vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Torpaq vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən torpaq vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd torpaq vergi bəyannaməsinin hazırlanması.

7. ƏDV (Əlavə Dəyər Vergisi)

  • ƏDV nədir?
  • ƏDV qeydiyyatına dair ərizənin tələb edilməsi;
  • ƏDV bəyannaməsinin tərtib edilməsi:

      – 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;

      – 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;

      – 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə tələb edilən sertifikatlar;

      – ƏDV-dən azad əməliyyatlar;

      – Debitor borclar barədə məlumat;

      – E-qaimələr üzrə əvəzləşmə;

      – Yük gömrük bəyannamələri (YGB) üzrə əvəzləşmələrin yığılma qaydası.

  • ƏDV Depozit / İstifadə qaydası / Köçürmələr;
  • Qeyri-rezidentə ödənən məbləğə görə ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Təqdim edilən ƏDV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd ƏDV bəyannaməsinin hazırlanması.

8. Muzdlu və qeyri-muzdlu iş ilə əlaqədar vahid bəyannamənin hazırlanması

  • MDSS haqqında ilkin anlayışlar;
  • İşsizlikdən sığorta haqqında məlumat;
  • İcbari tibbi sığorta haqqında məlumat;
  • Vahid bəyannamənin tərtib olunması qaydasının izahı;
  • MDSS haqqına cəlb edilən gəlirlər;
  • MDSS haqqına cəlb edilməyən gəlirlər;
  • İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər;
  • İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər;
  • Xarici vətəndaşlar barədə məlumat hissəsinin doldurulması qaydası;
  • Təqdim edilən Vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.

9. Statistika Hesabatı

  • Statistika hesabatlarının təqdim edilməsi;
  • 4 əmək aylıq əmək statistika hesabatının tərtib edilməsi;
  • 12 xidmət (ticarət, tikinti, istehsal, sənaye) aylıq dövriyyə statistika hesabatının tərtib edilməsi qaydası;
  • 1 əmək illik əmək statistika hesabatının tərtib edilməsi;
  • 1 müəssisə illik statistika hesabatının tərtib edilməsi.

10. Ümumi təkrar


Kursa qoşulmaq, ödəniş detalları, başlama tarixi və digər məlumatlar haqqında ətraflı öyrənmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar: https://crmform.azgroup.az/

Proqramı yükləyin: Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu

Əlaqə:

📞+994 12 310 09 29

📱+994 50 225 72 90

Ünvan: Caspian Plaza