“Mühasibat uçotu + 1C” kursu

Sizi “Mühasibat uçotu + 1C” kurslarına qoşulmağa dəvət edirik!

Bu kurs kimlər üçündür?

  • Mühasib və ya mühasib-operator olmaq istəyən hər kəs, sahəsindən və ixtisasından asılı olmayaraq;
  • Mühasibatlıq sahəsində iş axtaranlar və yeni başlayanlar;
  • Mövcud biliklərini təkmilləşdirmək istəyən mühasiblər;
  • Mühasibatlıq sahəsində çalışan peşəkarlar: kiçik mühasib, baş mühasib və digərləri;
  • Öz biznesini idarə etmək istəyən mikro və kiçik sahibkarlar və maraqlı olan digər şəxslər.

Kursun faydaları:

  • Mühasibat və vergi uçotu sahəsində dərin biliklər əldə edəcəksiniz;
  • Nəzəri biliklərinizi real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəksiniz;
  • Mühasibin gündəlik iş prosesləri ilə yaxından tanış olub, hesabatların hazırlanmasını praktiki olaraq öyrənəcəksiniz;
  • Mühasibat uçotunu daha səmərəli və düzgün şəkildə idarə edəcəksiniz;
  • İş proseslərini sadələşdirəcək və avtomatlaşdırma imkanlarına yiyələnəcəksiniz;
  • Sənədlərin düzgün və rahat şəkildə qeydiyyatını aparmaq bacarığını inkişaf etdirəcəksiniz;
  • Bütün növ mühasibatlıq sənədləri ilə praktiki olaraq tanış olacaq və onların sistemə inteqrasiyasını öyrənəcəksiniz.

Təqdim olunan mühasibat kursları tələbələrə müəssisələrdə mühasib və ya mühasib köməkçisi kimi çalışmaq üçün zəruri bilik və bacarıqları qazanmağa imkan yaradır. Kursu uğurla tamamlayanlar kiçik mühasib və ya köməkçi mühasib kimi müxtəlif özəl müəssisələrdə iş tapmaq imkanı əldə edəcək, həmçinin iş zamanı qarşılaşdıqları hər hansı çətinliklərlə bağlı bizə müraciət edə bilərlər. Kurs, nəzəri biliklərin praktik məşğələlərlə birləşdirilməsi prinsipi üzərində qurulub.

Bu proqramı uğurla keçdikdən sonra məzunlar ilkin sənədlərin müstəqil şəkildə qəbulu və nəzarətini həyata keçirmək, əsas vəsaitlər, istehsal xərcləri və maliyyə nəticələrinin uçotunu aparmaq bacarığı əldə edəcəklər.

Təlimçi – Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “SAPPORT MMC”də maliyyə meneceri və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər.

Kursun formatı: Əyani və onlayn iştirak imkanı.

Dərs müddəti və qrafiki: 25 dərs / Həftədə 2 dəfə, 19:00-21:00 saatlarında.

Kurs paketinə daxildir:

  • 50 saat təlim (25 dərs + 2 aralıq imtahan və 1 yekun imtahan);
  • Sertifikatların təqdim edilməsi;
  • Bütün dərslərin video qeydləri və əlavə təlim materialları;
  • Coffee break zamanı iştirakçılar üçün kiçik fasilə və rahatlıq.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti ərzində və ondan sonrakı 1 ay ərzində iştirakçılar öyrəndiklərini praktiki olaraq tətbiq etməkdə və iş zamanı qarşılaşdıqları çətinliklərlə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilərlər.

Təlimlərin video qeydləri aparılır və hər bir iştirakçı həm təlimi yenidən izləyə, həm də iştirak edə bilmədiyi dərsləri istədiyi vaxt izləyə bilər. Hər dərsdən sonra (1 gün ərzində) təlim materialları, o cümlədən köməkçi fayllar və cədvəllər, eləcə də video qeydlər iştirakçılarla paylaşılır.

Təlimlərin yekununda (keçirilən mövzular əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.


Kurs proqramı ilə tanış olun:

Dərs 1-2Mühasibat uçotu və ikili yazılışlar
Mühasibatlığa giriş
Maliyyə bərabərliyi
Aktiv və passiv hesablar
Debet və kredit anlayışı
Gəlir və xərcin tanınması
1C ilə ümumi tanışlıq və kontragentlerın yaradılması
Dərs 3, 4, 5Kassa və bank əməliyyatları
Pul vəsaitlərinin uçotu
Kassa və bank əməliyyatları
Təhtəlhesab şəxslərlə hesablaşmalar
ƏDV depozit hesabı
Baş verən əməliyatların sənədləşmə qaydaları
1C-də kassa əməliyyatları (kassa mədaxil və kassa məxaric orderləri)
Dərs 6, 7, 8Mal-materiallar və digər qısamüddətli aktivlər
Mal-materialların və xidmətin uçotu
Mal-materialların və xidmətin alışı proseduru
Mal-materialların anbara mədaxil edilməsi və rəsmiləşdirilməsi (e-taxes)
Material ehtiyatlarının anbar yerdəyişməsi əməliyyatları
Mal-material ehtiyatlarının inventarizasiyası
Anbardarın işləri
Digər qısamüddətli aktivlər
1C-də mal-material və xidmət əməliyyatlarının aparılması

I sınaq imtahanı

Dərs 9, 10, 11Maya dəyəri və ehtiyatların qiymətləndirilməsi metodları
Mal-material ehtiyatlarının qiymətləndirilməsi metodları (LİFO, FIFO, AVCO)
Alınan malların dəyərinin hesablanması (daxili və xarici alışlar üçün)
Alışla bağlı çəkilən əlavə xərclər (daşınma xərclərinin və YGB üzrə rüsumların rəsmiləşdirilməsi)
1C-də əlavə və gömrük xərcləri əməliyyatlarının aparılması
Dərs 12, 13, 14Əsas vəsaitlərin hesabı
Əsas vəsaitlərin alışı və istifadəsi
Əsas vəsaitlərin amortizasiyası və amortizasiya metodları
Əsas vəsaitlərin silinməsi və satılması üzrə əməliyyatlar
1C–də əsas vəaitlərlə bağlı əməliyyatların aparılması
Dərs 15, 16Qeyri-maddi aktivlərlə aparılan əməliyyatlar
Qeyri-maddi aktivlərin alışı və istifadəsi
Qeyri-maddi aktivlər və onların amortizasiyası
Qeyri-maddi aktivlərin silinməsi və satılması üzrə əməliyyatlar
1C–də qeyri-maddi aktivlərlə bağlı əməliyyatlar

II sınaq imtahanı

Dərs 17-18Əməkhaqqı ilə bağlı aparılan işlər
Əməkhaqqının hesablanması ilə bağlı əməliyyatlar
Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablamalar
Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət zamanı əməkhaqqı və s. hesablanması
Dərs 19-20Dövlət vergiləri
Vergi ödəyicilərinin təsnifatları
Sadələşmiş vergi ödəyiciləri
Fiziki şəxslərin gəlir vergisi
Hüquqi şəxslərin mənfəət vergisi
Ödəmə mənbəyindən vergi
Hüquqi şəxslərin əmlak vergisi
Aksiz
Dərs 21İstehsalat və istehsalatla əlaqədar məsrəflər
İstehsalat məsrəfləri
Tikinti üzrə məsrəflər
İstehsalat və tikintidə əməkhaqqı və amortizasiya məsrəfləri
Hazır məhsul
1C-də resept əsasında istehsal əməliyyatları
Dərs 22Satış (gəlir) və satışın maya dəyəri
İstehsal olunmuş hazır məhsulun satışı
Mal satışı
Xidmət satışı
Satışın maya dəyəri
Dərs  23Balans hesabatı
Müəssisənin balans hesabatının hazırlanması
Dərs 24Mənfəət və zərər haqqında hesabatı
Müəssisənin mənfəət və zərər haqqında hesabatının hazırlanması
Dərs 25Pul vəsaitləri haqqında hesabat
Müəssisənin pul vəsaitləri haqqında hesabatının hazırlanması

Proqramı yükləyin: Mühasibat uçotu + 1C kursu – Proqram

Kursa qoşulmaq, ödəniş detalları, başlama tarixi və digər məlumatlar haqqında ətraflı öyrənmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar: https://crmform.azgroup.az

Əlaqə:

📞+994 12 310 09 29

📱+994 50 225 82 05

Ünvan: Caspian Plaza