Play Video

Azərbaycan Mühasiblər Məktəbi


Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən etibarən mühasibatlıq, vergi və maliyyə sahəsində peşəkar bilik və bacarıqların inkişafına yönəlmiş ixtisaslaşmış təlimlər təqdim edir. Fəaliyyətə başladığı gündən həm fərdi, həm də korporativ müştərilər üçün etibarlı təlim tərəfdaşı kimi çıxış edərək, praktiki biliklərin ötürülməsinə, yüksək tədris keyfiyyətinə və real iş mühitinə uyğun proqramların hazırlanmasına xüsusi önəm verir.

Bu günə qədər 3000-dən çox məzun yetişdirən Azərbaycan Mühasiblər Məktəbi onların peşəkar inkişafına və uğurlu karyera qurmasına töhfə verməkdə davam edir. Məktəbin məzunları ölkənin aparıcı şirkətlərində çalışır, bir çoxu isə qısa müddətdə karyera yüksəlişi əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanır.

Azərbaycan Mühasiblər Məktəbinin əsas missiyası gələcəyin peşəkar mühasiblərini yetişdirmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək, uğurlu karyera qurmasına dəstək olmaq və ölkədə maliyyə savadlılığının yüksəldilməsinə töhfə verməkdir.

image
14
Təlim
image
3000 +
Məzun və dinləyici
image
17
Təlimçi
image
100 +
Korporativ müştərilər

Kurslarımız

Təlimçilərimiz

Tez- tez soruşulan suallar

Kursların yekununda (keçirilən mövzular əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız.

İlk dərsə ödəniş etmədən qoşula bilərsiniz. Həmçinin kursların 1-ci dərsinin video qeydləri baxmaq istəyənlərə təqdim edilir.

Yekun imtahanlardan yüksək nəticə (90+) toplayan tələbələr ehtiyac yarandıqda şirkətlərə tövsiyə edilir.

Mühasibatlıq kursları həm yeni başlayanlar, həm də özünü inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulduğundan baza biliklər tələb olunmur. Vergi kurslarında isə bəzi istisnalar ola bilər.

Kursların müddəti müxtəlifdir. 

+994 50 225 72 90, +994 50 212 34 72 nömrələri ilə əlaqə saxlayaraq detallı şəkildə məlumat əldə edə bilərsiniz.

Həftə içi dərslər saat 19:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək və 15:00-dan 19:00-dək keçirilir.