PMS 1 imtahanına hazırlıq kursu

PMS 1 imtahanına hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS), ölkəmizdə peşəkar mühasib statusunu qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş bir sertifikatdır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 1-ci mərhələsinə hazırlıq kursuna başladıq.

PMS imtahanının 1-ci mərhələsi qanunvericilik üzrə aşağıdakı istiqamətlərdə keçirilir

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi – Gülşən Orucova

Gülşən Orucova 2011-ci ildən maliyyə sahəsində çalışır və 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “İmtahanların təşkili və keyfiyyət təminatı” şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi – Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Mühasibat uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.

3 ilə yaxındır “PMS imtahanlarının birinci mərhələsinə hazırlıq” kurslarının təlimçisidir.

ACCA proqramı üzrə sertifikatlara və eyni zamanda IPSAS üzrə müvəffəqiyyət sertifikatına malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Əyani və onlayn iştirak imkanı.

Dərs müddəti və qrafiki: 26 dərs / Həftədə 2 dəfə

Kurs paketinə daxildir:

  • 26 dərs (52 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm də qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzuların adıSaatların miqdarı
1Maliyyə hesabatlarının konseptual əsasları 1 №-li Maliyyə hesabatlarının təqdimatı işlər 2 №-li Mal-material ehtiyatları və qısamüddətli başa çatdırılmamış işlər4
241 №-li MUBS “Kənd təsərrüfatı” 6 №-li MHBS Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi 16 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar”4
316 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar” 38 №-li MUBS “Qeyri-maddi aktivlər”4
423 №-li MUBS “Borclar üzrə məsrəflər” 36 №-li MUBS “Aktivlərin Qiymətdən düşməsi”4
540 №-li MUBS “İnvestisiya mülkiyyəti” 5 №-li MHBS Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar. 16 №-li MHBS “İcarələr”4
620 №-li MUBS “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” 10 №-li MUBS “Hesabat dövründən sonrakı hadisələr “ 37 №-li MUBS “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” 8 №li MUBS “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər”4
721 №-li MUBS “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” 19 №li MHBS İşçilərin mükafatlandırılması 26 №li MHBS “Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı”4
8Sınaq müzakirəsi 15 №li MHBS Müştərilərlə müqavilələr üzrə gəlirlər4
912 №-li MUBS “Mənfəət vergisi” 29 №-li MUBS “Hiperinflyasiyalı iqtisadiyyatlarda maliyyə hesabatlılığı”4
109 №li MHBS Maliyyə alətləri 8 №-li MHBS Əməliyyat seqmentləri4
113 №-li MHBS Müəssisələrin birləşməsi 11 №-li MHBS Birgə razılaşmalar 27 №li MHBS Fərdi maliyyə hesabatları 10 №li MHBS Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları4
1224 №-li MHBS Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması 7 №-li MUBS “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”4
1328 №-li MUBS “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” Müvafiq normativ-hüquqi aktların izahı4
Cəmi52

Kursa qoşulmaq, ödəniş detalları, başlama tarixi və digər məlumatlar haqqında ətraflı öyrənmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar: https://crmform.azgroup.az/


Əlaqə:

📞+994 12 310 09 29

📱+994 50 225 72 90


Ünvan: Caspian Plaza