Azərbaycan Mühasiblər Məktəbi – Mühasibat buradan başlayır!
“Azərbaycan Mühasiblər Məktəbi” 2019-cu ildən bəri mühasibatlıq və vergi uçotu sahəsində mühasiblərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə ixtisaslaşmış təlimlər təqdim edir. Fəaliyyətə başladığı ilk gündən etibarən həm fərdi, həm də korporativ müştərilər üçün etibarlı tərəfdaş olaraq, tədrisin keyfiyyətinə və effektivliyinə xüsusi diqqət yetirir. Məktəbin məzunlarının sayı 3000-dən çoxdur və onların əksəriyyəti öz sahələrində uğurlu karyera qurmağa nail olublar.
Məktəbdə mühasibatlıq, PMS imtahanına hazırlıq, Excel, 1C proqramları və müxtəlif vergi növləri üzrə müasir yanaşmalarla zəngin 14 fərqli təlim proqramı tədris olunur.
Tədris etdiyimiz kurslar:
- Mühasibat kursları;
- Vergi kursları;
- PMS imtahanına hazırlıq kursları;
- Mühasib və maliyyəçilər üçün Excel kursları.
Missiyamız
Missiyamız, gələcəyin peşəkar mütəxəssislərini formalaşdırmaq və onların mühasibatlıq sahəsində uğur qazanmasına töhfə verməkdir. Ölkədə maliyyə savadlılığının artırılması istiqamətində mühasiblərin biliklərini inkişaf etdirmək, onların yenidən hazırlığına dəstək olmaq və kursdaxili imtahanlarda yüksək nəticə (90+) toplayan savadlı kadrların işlə təmin olunmasına kömək etmək də əsas məqsədlərimizdən biridir.
Ödənişsiz təlimlər və seminarlar
Mühasibatlığın cəmiyyət üçün daimi dəyərə malik olduğunu gənc nəslə aşılayaraq, vaxtaşırı ödənişsiz təlimlər və seminarlar təşkil edirik. Bu tədbirlər vasitəsilə mühasibatlıq sahəsinin gələcəkdə də əhəmiyyətini qoruyub saxlayacaq bir peşə kimi tanıdılmasına çalışırıq. Eyni zamanda, maliyyə və mühasibatlıq sahəsinə maraq göstərən şəxslərin bu istiqamətdə inkişafına və öz bacarıqlarını təkmilləşdirmələrinə dəstək oluruq.
Peşəkar və praktiki yönümlü təlim modulları
Təlimlər konkret və qısa modullara bölünmüşdür, hər biri sahə üzrə təkmilləşdirilmiş və əsasən praktiki yönümlüdür. Bu yanaşma, öyrənmə prosesini asanlaşdırmaqla yanaşı, həm vaxta, həm də ödənişlərə qənaət etməyə imkan verir.
Azərbaycan Mühasiblər Məktəbi, təlimçilərin çoxillik praktiki və akademik təcrübəyə malik olmasına, eyni zamanda hal-hazırda öz sahələrində fəaliyyət göstərən, yüksək ixtisaslı peşəkarlar olmasına xüsusi diqqət yetirir. Bu, tədrisin keyfiyyətini və praktiki tətbiqini daha da artırır.
Təlimçilərimiz
Təlimçilərimiz mühasibat və maliyyə sahəsində çoxillik təcrübəyə malik olan mütəxəssislərdir. Onlar öz sahələrində tanınmış və aktiv fəaliyyət göstərən peşəkarlar olmaqla yanaşı, həm də tədris zamanı nəzəri bilikləri praktiki tətbiqlərlə birləşdirməyə xüsusi diqqət yetirirlər. Hər bir təlimçi müasir mühasibatlıq standartlarına uyğun işləmə təcrübəsinə malikdir və iştirakçılara real iş mühitində qarşılaşa biləcəkləri vəziyyətləri daha yaxşı anlamaq üçün dəyərli töhfələr verir. Bu yanaşma, kurs iştirakçılarının gələcək iş mühitində yüksək səviyyədə peşəkar fəaliyyət göstərə bilmələrinə zəmin yaradır.