Elçin Xəlilov Türkiyədə “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. BDO International, Nikoil Bank, Synergy Group, Ada Universitetində çalışmışdır. Son 7 ilin 5 ili ərzində Azərbaycancakı beynəlxalq şirkətlərdən olan “Danone”da Maliyyə meneceri vəzifəsində çalışmışdır. Son 2 il ərzində isə Qazaxıstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 5 ACCA imtahanında iştirak etmiş və hər birini uğurla tamamlamışdır.
Excel ilə bağlı 10 ildən çox təlimçilik təcrübəsinə malikdir. Power Query, Power BI və DAX dili ilə bağlı bir çox yazıların müəllifidir.
Hal-hazırda marketinq xidmətləri sahəsində fəaliyyət göstərən EFA Group Azerbaijan şirkətində təsisçi və icraçı-direktordur.
Həmçinin Azəralüminium MMC – İnvestisiyalar və biznesin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.