Ramin Ramazanov – Fərdi konsultant
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və Audit” fakültəsində bakalavr və magistr təhsili alıb.
“Nurgun Qrup” şirkətində baş mühasib, “AtaAudit” şirkətində audit departament direktoru, “ATİ and Partners Audit” şirkətində direktor vəzifələrində çalışıb. SOCAR, Azneft İB, AtaHolding, Detal, AzGroup kimi iri şirkətlərdə mühasibat konsaltinqi həyata keçirib, auditində iştirak edib. Azərbaycan Respublikası Auditorlar palatasının üzvü olub. Mühasibat uçotu, vergitutmaya aid çoxsaylı məqalələrin müəllifidir.
Ümumi aylıq istifadəçi sayı 70-100 min civarında olan www.muhasibat.az, www.audit.az, www.vergi.az elektron resurslarının, mühasibat uçotu, vergi, audit təlimləri üzrə ixtisaslaşmış “Azərbaycan Mühasiblər Məktəbinin” təsisçisi, ölkəmizdə onlayn mühasibat tətbiqləri sektorunda çalışan “Techfin” şirkətinin həmtəsisçisidir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Əməliyyatçı mühasib” ixtisası üzrə (AzKÇ-də 4-cü səviyyə) “Peşə standartları”, “Kvalifikasiya standartları”, “Kurikulum” hazırlayan işçi qrupunun üzvü olub.