
Elza Həmidova – Ofis Proqramları və Excel üzrə təlimçi
Hazırda “Azərbaycan Mühasiblər Məktəbi”nin Ofis proqramları və MS Excel üzrə təlimçisi olan Elza xanım maliyyə və idarəetmə sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssisdir.
O, ABB Bank, Fuga Group MMC və digər təşkilatlarda daxili nəzarət, maliyyə hesabatlılığı və idarəetmə sahələrində çalışaraq peşəkar təcrübə qazanmışdır.
Microsoft Office üzrə MOSE 2019 Expert sertifikatına, həmçinin PL300 Microsoft, PL/SQL və Risk Management üzrə beynəlxalq səviyyəli biliklərə sahibdir.
Onun təlimləri real iş mühitinə əsaslanan, praktiki və nəticəyönümlü xarakter daşıyır. Elza xanım dərslərində sadə və anlaşılan izah tərzi ilə iştirakçılara Excel və digər ofis proqramlarından effektiv istifadə bacarıqları qazandırır.
