Bu günkü dövrdə mühasib və maliyyə mütəxəssislərini Excel proqramı olmadan təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Çünki bir çox hallarda Excel bizə elə hesabatlar hazırlamağa imkan verir ki, bunu mühasibat proqramlarının özləri belə edə bilmir.
Əgər siz hələ də Excel-də istədiklərinizi rahatlıqla həyata keçirə bilmirsinizsə, bu bilikləri bizimlə qazana bilərsiniz. “Azərbaycan Mühasiblər Məktəbi”nin Peşəkar Excel Təlimlərində iştirak etməklə Excel-in mühasibat, maliyyə və insan resursları ilə bağlı gizli imkanlarını öyrənmək şansını əldə edəcəksiniz.
