“İkiqat vergitutma və DTA formalarının tətbiqi” kursu
Kurs kimlər üçündür?
- Xarici tərəfdaşlarla işləyən mühasiblər və baş mühasiblər
- Vergi məsləhətçiləri və auditorlar, beynəlxalq vergi biliklərini artırmaq istəyən peşəkarlar
- Vergi sazişlərinin hüquqi tərəfi ilə maraqlanan hüquqşünaslar
- Xarici əməliyyatları olan maliyyə rəhbərləri və sahibkarlar
Mövzular:
- İkiqat vergitutma nədir və onun aradan qaldırılması üçün əsaslar
- DTA formaları və onların doldurulma qaydaları
- İkiqat vergitutmanın inzibatçılığı qaydaları
Kursun faydaları
- İkiqat vergitutmanın mahiyyətini və qarşısının alınma yollarını praktiki şəkildə öyrənəcəksiniz
- DTA formalarını düzgün və səlis şəkildə doldurma bacarığı qazanacaqsınız
- Xarici ölkələrlə vergi münasibətlərində risklərinizi minimuma endirəcəksiniz
- Vergi orqanları ilə ünsiyyətdə inzibati prosedurları düzgün aparma bacarığı qazanacaqsınız
- Sertifikat əldə edərək biliklərinizi rəsmi şəkildə təsdiqləyəcəksiniz
Təlimçi haqqında məlumat
Xəyal Feyzullayev — 15 ildən artıq vergi qanunvericiliyi və mühasibatlıq sahəsində təcrübəyə malik mütəxəssisdir. O, karyerasına Azərbaycan Respublikası Vergilər Nazirliyində başlamış, burada Dövlət Vergi Müfəttişi vəzifəsindən şöbə rəisi vəzifəsinədək yüksələrək 10 ildən çox fəaliyyət göstərmişdir.
2018-ci ildən etibarən Xəyal bəy fərdi konsultant kimi fəaliyyət göstərir və hazırda DİFA Consulting Services MMC-nin direktorudur. O, müxtəlif müəssisə və sahibkarlara vergi qanunvericiliyi üzrə peşəkar məsləhətlər təqdim edir və praktik həllər təklif edir.
Təhsili:
* Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, Gömrük işinin təşkili ixtisası
Təcrübə və iştirak etdiyi proqramlar:
* Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergi qanunvericiliyi və Vergi yoxlamaları üzrə təlimlər
* Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə təlimlər
Tədris etdiyi mövzular:
* Vergi Məcəlləsinin nəzəri və praktiki izahı
* Vergi uçotu
* İkiqat vergitutma və DTA formalarının tətbiqi
Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə Xəyal bəy tədris etdiyi fənlərdə iştirakçılara yalnız nəzəri bilik deyil, həm də real iş mühitində tətbiq oluna biləcək praktik bacarıqlar qazandırır.
Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz: https://crmform.azgroup.az
Əlaqə:
📞+994 12 310 09 29
📱+994 50 225 82 05

