“Azərbaycan Mühasiblər Məktəbi”nin “Riskli vergi ödəyiciləri meyarları və riskdən çıxarılma qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.
Vebinarın təqdimatçısı Ziyafət Qarayeva vergi və korporativ hüquq sahəsində geniş təcrübəyə malik hüquqşünasdır. Dövlət Vergi Xidmətində (DVT) 10 ildən artıq müddət ərzində mütəxəssis və müşavir vəzifələrində çalışmış, vergi nəzarəti, vergi mübahisələri və kommersiya hüququ sahələrində dərin biliklərə sahib olmuşdur. Hazırda vergi və korporativ hüquq üzrə müstəqil mütəxəssis olaraq fəaliyyət göstərir.
Ziyafət Qarayeva, həmçinin müxtəlif təlimlər və seminarlar keçirərək vergi və hüquq sahəsindəki biliklərini paylaşır, hüquqi təcrübəsini peşəkarlarla bölüşür. Onun təqdimatları vergi nəzarəti, kommersiya hüququ və risk idarəçiliyi sahələrində praktiki yanaşmalar təqdim edir.
Keçid edərək Ziyafət Qarayevanın tədris etdiyi ödənişli “Vergi və korporativ hüquq” praktiki təlimə nəzər yetirə bilərsiniz.
