
Peşəkar Mühasib (KOS MHBS, MHBS PMS), Mühasibat və Vergi Uçotu üzrə Təlimçi, Professional Maliyyə Menecerləri Assosiasiyasının üzvü
Sərxan Hüseynov maliyyə və mühasibatlıq sahəsində 14 ildən artıq praktik təcrübəyə malik peşəkar mühasib və təlimçidir. Hazırda “AR Dövlət Ehtiyatları Agentliyi” PHŞ-də Baş mühasib vəzifəsində çalışır və paralel olaraq mühasibat və vergi uçotu üzrə tədris fəaliyyəti ilə məşğuldur.
Karyerası ərzində audit, maliyyə nəzarəti və daxili təftiş istiqamətlərində fəaliyyət göstərmiş, “Veysəloğlu Şirkətlər Qrupu”, “Azeriretail” MMC və “Operativ Consulting” MMC-də müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən mühasibat uçotu, vergi uçotu və 1C proqramı üzrə praktiki yönümlü təlimlər keçir.
Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə almış, ACCA F3 və digər peşəkar sertifikat proqramlarında iştirak etmişdir.
