Vergi və korporativ hüququn analizi

Ziyafət Qarayeva – Hüquqşünas (Vergi və Korporativ Hüquq üzrə Mütəxəssis)

Ziyafət Qarayeva, vergi və korporativ hüquq sahəsində geniş təcrübəyə malik hüquqşünasdır. Dövlət Vergi Xidmətində (DVT) 10 ildən artıq müddət ərzində mütəxəssis və müşavir vəzifələrində çalışmış, vergi nəzarəti, vergi mübahisələri və kommersiya hüququ sahələrində dərin biliklərə sahib olmuşdur. Hazırda vergi və korporativ hüquq üzrə müstəqil mütəxəssis olaraq fəaliyyət göstərir. Ziyafət Qarayeva, həmçinin müxtəlif təlimlər və seminarlar keçirərək vergi və hüquq sahəsindəki biliklərini paylaşır, hüquqi təcrübəsini peşəkarlarla bölüşür.

Təlim kimlər üçündür?

  1. Mühasiblər və baş mühasiblər
  2. Vergi müşavirləri və konsultantlar
  3. Biznes və maliyyə direktorları
  4. Hüquqşünaslar (xüsusilə kommersiya hüququ üzrə)
  5. Startap sahibləri və sahibkarlar
  6. Və digər maraqlanan şəxslər

Təlimin əsas faydaları:

Vergi nəzarəti üzrə praktiki biliklər:

  • Səyyar və kameral vergi yoxlamalarının tənzimlənməsi, hüquqi və praktiki aspektləri öyrənilir.

Hüquqi və inzibati biliklərin artırılması:

  • Kommersiya hüquqi şəxslərin qeydiyyatı, filial və nümayəndəlik prosessləri, yaranan problemlərin inzibati qaydada həlli yolları öyrədilir.

Riskli vergi ödəyicisi və vergi optimizasiyası:

  • Riskli vergi ödəyicisi meyarları, risklərdən azad olma və düzgün vergi strategiyası qurma bacarıqları qazandırılır.

Praktiki və maliyyə yönümlü bacarıqlar:

  • Nizamnamə kapitalının artırılması (pul və əmlak yolu ilə), bank hesablarına sərəncam qoyulması və yazışmaların aparılması kimi praktik məsələlər öyrədilir.

Operativ təhlil və vergi yoxlamaları:

  • Xronometraj metodu və operativ vergi nəzarəti kimi real iş proseslərinə dair hüquqi və vergi analiz bacarıqları inkişaf etdirilir.

Peşəkar əlaqələrin və qərarvermənin gücləndirilməsi:

  • Mühasiblər, hüquqşünaslar və biznes rəhbərləri üçün praktiki nümunələr və situasiyalarla qərarvermə bacarığı artırılır.

Təlim Mövzuları:

  • Vergi ödəyicilərinə nəzarət tədbirləri ( səyyar və kameral vergi nəzarət tədbirlərinin tənzimlənməsi);
  • Kommersiya hüquqi şəxsin qeydiyyatı və qeydiyyat zamanı yaranan problemlərin inzibati qaydada həlli qaydası;
  • Operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidənin aparılmasının vergi aspektindən hüquqi analizi;
  • Kommersiya hüquqi şəxsin nizamnamə kapitalının artırılması ( əmlak və pul şəkilində);
  • Riskli vergi ödəyiciləri meyarları, riskli vergi ödəyicisindən azad olunmaq qaydaları;
  • Nümayəndəlik və filial qeydiyyatı prosessləri;
  • Vergi ödəyiciləri ilə yazışmalar;
  • Bank hesablarına serancam qoyulmağı və sərəncamın növləri haqqında.

Təlim sayı və vaxtı: Hər təlim 2 saat, həftədə 2 dəfə

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50

📱+994 50 209 34 72


Ünvan: Caspian Plaza