Kurs kimlər üçündür?

• Sığorta sahəsində karyera qurmaq istəyənlər
• Sığorta agenti və broker olmaq istəyənlər
• Lisenziya imtahanına hazırlaşanlar
• Sığorta şirkətlərinin əməkdaşları
• Bank və maliyyə sektorunda çalışanlar

Kursun faydaları:

  • Sığorta işinin əsaslarını və qanunvericiliyini praktiki şəkildə öyrənəcəksiniz;
  • Sığorta agenti və broker fəaliyyəti üçün zəruri peşəkar biliklər qazanacaqsınız;
  • Sığorta müqavilələri, risklərin qiymətləndirilməsi və sığorta ödənişləri üzrə praktiki bacarıqlar əldə edəcəksiniz;
  • İcbari sığorta növləri və onların tətbiqi qaydalarını mənimsəyəcəksiniz;
  • Təkrarsığorta, anderraytinq və sığorta vasitəçiliyi üzrə biliklərinizi inkişaf etdirəcəksiniz.;
  • Attestasiya (lisenziya) imtahanına sistemli şəkildə hazırlaşacaqsınız;
  • Sığorta sektorunda karyera qurmaq üçün tələb olunan peşəkar kompetensiyalara yiyələnəcəksiniz.

Təlimçi: Şükür Hüseynov

Şükür Hüseynov sığorta sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malik ekspert və təlimçidir. Hazırda AZSIĞORTA ASC-də Baş təlimçi və Azərbaycan Universitetində “Sığorta işi” fənninin müəllimi kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dillər Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Böyük Britaniyada Luton Universitetində menecment üzrə təhsil almış, The Miller Insurance Group və Lloyd’s of London-da peşəkar təcrübə keçmişdir.
Peşə fəaliyyəti ərzində Azərqarant Sığorta ASC-də İdarə Heyətinin sədri, Azərbaycan Sığorta Tədris Mərkəzinin direktoru və digər rəhbər vəzifələrdə çalışmış, sığorta biznesinin inkişafı və peşəkar kadr hazırlığı sahəsində mühüm töhfələr vermişdir.
Şükür Hüseynov “Sığorta İşinin Əsasları”, “İngiliscə–Azərbaycanca Kommersiya Lüğəti” və “Azərbaycanda sığortanın tarixi” kitablarının, həmçinin sığorta və biznes mövzularında 100-dən artıq məqalənin müəllifidir.

Təlimçi: Şəhriyar Həbilov

Şəhriyar Həbilov sığorta hüququ və sığorta sektorunun tənzimlənməsi sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik ekspert və hüquqşünasdır. O, AzSığorta ASC, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Mərkəzi Bankında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Peşə fəaliyyəti ərzində sığorta qanunvericiliyi, sığorta bazarının tənzimlənməsi və istehlakçı hüquqlarının müdafiəsi sahələrində geniş praktik təcrübə qazanmışdır.

Şəhriyar Həbilov eyni zamanda sığorta hüququ üzrə peşəkar təlimçidir. ELSA Azerbaijan, AYNHA, universitetlər və digər peşəkar təşkilatlarda sığorta mövzusunda çoxsaylı təlimlər keçmiş, mütəxəssislərin hazırlanmasına töhfə vermişdir. Hüquq üzrə magistr təhsili almış, Duke University, Joint Vienna Institute, ADA University, ODTÜ (Türkiyə) və Google tərəfindən təşkil olunan beynəlxalq sertifikat proqramlarını uğurla tamamlamışdır.

Təlim formatı: Əyani və onlayn iştirak imkanı.

Dərs müddəti və qrafiki: 10 dərs (20 saat) / Həftədə 2 dəfə, saat 19:00-21:00

Kurs paketinə daxildir:

  • 10 dərs (20 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/K8T3yqGyDrmW2kX9T

Kurs proqramı ilə tanış olun:

Mövzunun qısa məzmunuİştirakçılar aşağıdakılar barədə bilik əldə edəcəklər:
Modul 1. Sığorta haqqında məlumat. Sığortanın əsasları
Ekspert-müəllim:  Şükür Hüseynov
• Sığortanın mahiyyəti və cəmiyyətdə rolu
• Sığortanın tarixi və inkişaf yolları
• Sığorta bazarı
• Sığorta riski və onun idarə edilməsi 
• Sığortanın sosial-iqtisadi mahiyyəti
• Sığortanın tarixi və cəmiyyətdə rolu
• Azərbaycanda sığortanın inkişaf mərhələləri;
• Sığortanın funksiyaları;
• Sığorta bazarı anlayışı və onun strukturu
• Risklərin təsnifatı
• Riskin təhlili, idarə edilməsi və qiymətləndirilməsi 
• Risklərin başvermə tezliyi və ciddiliyi
• Sığortanın sahələri və sinifləri
• Risk haqqında məlumat bazasının yaradılması- iceberg nəzəriyyəsi. Henrix üçbucağı 
 Modul 2. Sığorta müqaviləsinin hüquqi əsasları
Ekspert:müəllim Şəhriyar Həbilov
• Tərəflərin hüquq və vəzifələri
• Sığorta haqqının ödənilməsi üzrə vəzifələr
• İstehlakçıların hüquqlarının qorunması;
• Sığorta hadisələri və iddiaların tənzimedilməsi 
• Sığorta münasibətlərinin subyektləri
• Sığorta müqaviləsinin və şəhadətnaməsinin məzmunu
• Ərizənin qəbulu. Sığorta tarifi və onun müəyyən edilməsində əsas prinsiplər 
• Sığorta haqlarının strukturu: brutto sığorta haqqı:  netto sığorta haqqı və yüklənmə 
• Sığorta haqlarının ödənilmə formaları və qaytarılma qaydası
• Əsas müddəalar: sığorta dəyəri, sığorta məbləği, azadolma, natamam sığorta, sığorta marağı, ikili (çoxqat)  sığorta və s.
• Sığortalının və sığortaçının hüquq və vəzifələri
• Sığorta müqaviləsinə xitam verilməsi
• Sığorta sirri və onun açıqlandığı hallar
• Sığorta ödənişinin verilməsi proseduru-tələb olunan sənədlər, subroqasiya hüququ, ümumi istisnalar
Modul 3. Sığorta işinin təşkili. Sığorta sistemi. Sığorta anlayışları
Ekspert-müəllim: Şükür Hüseynov
• Sığorta sistemi 
• Sığorta şirkətinin təşkilati strukturu
• Sığorta şirkətinin hüquqi statusu
• Sığorta şirkətində korporativ idarəetmə
• Sığorta sistemi və sığorta bazarının iştirakçıları
• Sığorta şirkətinin təşkilati strukturu
• Sığorta şirkətinin hüquqi statusu və adı
• Sığortaçının idarəetmə modeli və orqanları
• Sığorta məhsullarının satış kanalları
• Sığortaçı, sığortalı, sığorta olunan faydalanan şəxs, üçüncü şəxs
• Təkrarsığorta və şərikli sığorta
• Sığorta müqaviləsi, sığorta şəhadətnaməsivə təminat şəhadətnamsi
• Sığorta qaydaları, sığorta obyekti vəpredmeti
• Sığorta haqqı, şəxsi tutum, sığorta məbləğivə sığorta dəyəri
• Sığorta riski, sığorta tələbi, sığorta hadisəsi və sığorta ödənişi. Qaytarılan məbləğ
• Aktuari fəaliyyəti, anderraytinq işi və zərər tənzimləyiciləri
Modul 4. Təkrarsığorta və şərikli sığorta
Ekspert-müəllim: Şükür Hüseynov
• Sığorta münasibətlərinin tənzim edilməsində  şərikli sığorta və təkrarsığortanın əhəmiyyəti
• Şərikli sığorta və təkrarsığorta sığortaçının ödəniş qabiliyyətliliyinin və maliyyə sabitliyinin əsas amillərindən biri kimi 
• Sığorta portfeli və onun ötürülməsi
• Sığorta ehtiyatlarının yaradılması
• Şərikli sığorta
• Şərikli və təkrarsığortanın müqayisəli təhlili
• Təkrarsığortanın formaları
• Təkrarsığortanın növləri
• Fakultativ və obliqator təkrarsığorta
• Mütənasib və qeyri-mütənasib təkrarsığorta
• Təkrarsığortanın digər növləri
• Sığortaçının təkrarsığorta müqaviləsinə görə məsuliyyəti
 
Modul 5. Sığorta vasitəçiliyi fəaliyyətinin əsasları
Ekspert-müəllim: Şükür Hüseynov
• Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı
• Sığorta və təkrarsığorta müqavilələrinin sığorta vasitəçiliyi ilə bağlanması
• Sığorta vasitəçiliyi fəaliyyətinin hüquqi əsasları
• Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması
• Sığorta agenti və sığorta brokeri
• Sığorta brokerinə dair əlavə tələblər
• Fiziki və hüquqi şəxs sığorta vasitəçiləri
• Sığorta vasitəçilərinin hesabatları və məlumatları
• Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması
• Sığorta vasitəçilərinin məsuliyyəti və öhdəlikləri
 
Modul 6. İcbari sığorta və onun prinsipləri. 
Ekspert-müəllim: Şəhriyar Həbilov
• İcbari sığortanın mahiyyəti və prinsipləri
• İcbari sığortaların həyata keçirilməsi zərurəti  
• İcbari sığorta qanunvericiliyi
• İcbari sığortanın əsas prinsipləri
• İcbari sığorta növləri
• İcbari sığortada sığorta haqlarının bölüşdürülməsi
• İcbari sığorta ərazisi
• Sığorta hadisəsi
• Əmlaka və sağlamlığa dəyən zərər
• Sığorta haqqı və sığorta məbləği
• Risklərin müəyyən edilməsi
• Sığorta təminatına istisnalar
• Məhkəməyə daha çox müraciət edilən hallar
Modul 7. İcbari sığorta növləri
Ekspert-müəllim: Şəhriyar Həbilov
• İcbari sığorta növləri
• “İcbari sığortalar haqqında AR-nin Qanununa daxil edilən icbari sığorta növləri və onların xüsusiyyətləri
• İcbari Sığorta Bürosu və onun funksiyaları
• Elektron İnformasiya Sistemi
• Sığorta tarixçəsi əmsalı (Bonus- Malus sistemi) 
• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın icbari sığortası
• Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
• Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsliyyətinin icbari sığortası
• İcbari Sığorta Bürosu və onun funksiyaları
• Elektron İnformasiya Sistemi
• Sığorta tarixçəsi əmsalı (Bonus- Malus sistemi) 
• Sərnişinlərin icbari fərdi qəza sığortası
• İcbari sığortanın digər növləri
• Sığorta haqlarının hesablanması qaydası
• Sığorta ödənişi üçün tələb olunan sənədlər
• Sığorta ödənişindən ümumi istisnalar
• Bonus-Malus sinfinə görə əmsal cədvəli
• İcbari sığortada subroqasiya hüququnun yaranmasının ümumi əsasları
• Sığorta ödənişinin formaları və hesablanması
• Arayışın tələb olunmadığı hallar
Modul 8Sığorta sektorunda tənzimləmə və nəzarət. Sığorta nəzarəti orqanı                                                                                                                                                             EkspertmüəllimŞəhriyar Həbilov
• Sığorta bazarının dövlət tənzimlənməsinin əsasları
• Sığorta bazarlarına nəzarət
• Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması və lisenziyalaşdırma
• Səyyar yoxlamalar və nəticələri
• Sığorta nəzarəti orqanının təqdimatları və sanksiyaları
• Lisenziya qüvvəsinin məhdudlaşdırılması,dayandırılması və ləğvi
• Lisenziyanın ləğvinin nəticələri
• Sığortaçının müvəqqəti inzibatçısı
• Ləğvetmə zamanı sığortaçının vəzifələri
• Sığorta növü üzrə fəaliyyətin və lisenziyanın qüvvəsinin bərpa edilməsi
• Sığortaçının ləğvi proseduru                     
Modul 9. Beynəlxalq sığorta terminləri. Hesablamaların aparılması
Ekspert-müəllim: Şükür Hüseynov
• Milli sığorta bazarlarında ən çox işlədilən beynəlxalq sığorta terminləri;
• Hesablamaların aparılması
• Anderrayting/anderrayter
• Bonus, bonus-malus, (premium) bordero
• Sedent, sessiya, sessioner, retrosedent-retrosessiya, covernote, supercomission
• Polis, francize, casco, cargo, subrogation,
• Abandon, tantyema, green card
Sığortaya dair çalışmalar və hesablamaların aparılması 
• Sığorta məbələği, sığortadəyəri,sığorta haqqı, sığorta tarifi,natamam sığorta, azadolma məbləği, zərərliliyin hesablanması, sığorta ödənişi və s. üzrə məsələlər, testlər, hesablamalar• Testlərin yerinə yetirilməsi
• Qərarlar ağacı metodu ilə çalışmaların yerinə yetirilməsi
• Beyin həmləsi metodu ilə çalışmaların yerinə yetirilməsi
• Adekvat testlərin yerinə yetirilməsi
• Case study metodu ilə çalışmaların yerinə yetirilməsi
Modul 10. Sığorta məhsulları satışının əsasları və idarə edilməsi Sığorta fəaliyyətində müştəri xidmətlərinin özəllikləri. Aqressiv müştərilərlə iş
Ekspert-müəllim: Şükür Hüseynov
• Satışın əsasları
• Satışın prinsipləri və mərhələləri
• Satışda tətbiq olunan müasir texnologiyalar
• Müştəri xidmətləri
• Aqressiv müştərilərlə iş
• Keyfiyyətli xidmətin əsasları
• Müştərilərə olan yanaşma: Prosedual (rasional) və İndividual (emosional) yanaşma
• Agressiv muştəri ilə peşəkar davranışŞikayətlərlə iş
• Zərər tənzimləyicilərinin (qəza ekspertlərnin) peşəkar keyfiyyətləri, onlar, hansı fərqli xüsusiyyətlərə malik olmalıdır?
• Ün siyyət etikası: danışmaq və dinləməkSualvermə qabiliyyəti
• Sığorta dələduzluğu və onunla mübarizə
• Sığorta sirrinin qorunması
• Müştəri hüquqlarının qorunması
• Kaizen Yapon Sstemi
• SMART planlar və qərarlar. Pareto prinsipləri          
• Biznes idarəetmədə tipik fəaliyyət komponentləri
• Strateji təhlillər: SWOT, PASTLEC, KİSS
• Satış prosesndə altı əsas mərhələ
• Satışın növlər
• Uğur düsturu. Satışda uğura aparan yollar
• Müştərilərin tipləri
• Beş ulduzlu satış
• Mark Tvenin yanaşması. Qurbağa misalı
• İmkanlar və comfort zonası
• Müştəriyə təsir üsulları: bədən dili, intonasiya və sözlərin təsiri  

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/K8T3yqGyDrmW2kX9T

Əlaqə:

📞+994 12 310 05 50

📱+994 50 209 34 72


Ünvan: Caspian Plaza