“ƏDV bəyannaməsinin praktiki hazırlanması” təlimi bəyannamənin düzgün tərtib edilməsi üzrə praktiki bilik və bacarıqların inkişafına yönəlib. Təlimdə ƏDV bəyannaməsinin hazırlanması prosesi real iş nümunələri və gündəlik mühasibat təcrübəsində qarşılaşılan vəziyyətlər əsasında addım-addım izah olunur.
4 saatlıq təlim ərzində iştirakçılar praktiki nümunələr üzərində işləyərək biliklərini möhkəmləndirəcək və mövzu ilə bağlı suallarına cavab ala biləcəklər.
Təlim kimlər üçündür?
- Mühasib və mühasib köməkçiləri;
- Vergi uçotu və hesabatların hazırlanması ilə məşğul olan mütəxəssislər;
- ƏDV bəyannaməsinin hazırlanması üzrə praktiki biliklərini artırmaq istəyən şəxslər.
Təlimçi barədə
Salman Əbdülrzazadə
Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Universitetində isə “Mühasibat uçotu” üzrə magistr təhsili almışdır. Hazırda Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
2019–2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisi olmaqla yanaşı, “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri kimi çalışır.
Mühasibat uçotu və vergi sahəsində təcrübəyə malik olan təlimçi 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.
Təlimin formatı: İştirakçının seçiminə uyğun olaraq əyani və ya onlayn.
Təlimin müddəti: 4 saat.
Təlim paketinə daxildir:
- 4 saatlıq praktiki təlim;
- Sertifikat;
- Video qeydlər və təlim materialları;
- Coffee break.
Təlimə qoşulmaq, ödəniş və başlama tarixi barədə məlumat almaq üçün qeydiyyat formasını doldura bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar.
Əlaqə:
📞 +994 12 310 09 29
📱 +994 50 225 72 90
Ünvan: Caspian Plaza


