Mühasib və maliyyəçilər üçün Excel kursu
Mühasib və ya maliyyəçi karyeranızı Excel ilə zirvəyə qaldırın!
Müasir dövrdə mühasib və maliyyəçi olmaq üçün Excel biliklərinə malik olmaq vacibdir. Çox vaxt Excel, mühasibat proqramlarının yerinə yetirə bilmədiyi hesabatları yaratmaqda bizə köməkçi olur.
Əgər hələ də Excel proqramı ilə istədiklərinizi edə bilmirsinizsə, bizim təlimlə bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. “Azərbaycan Mühasiblər Məktəbi”nin “Mühasib və maliyyəçilər üçün Excel” kursuna qoşularaq, Excel proqramının mühasibatlıq, maliyyə və HR sahəsindəki tətbiqlərini dərindən öyrənmək fürsətini qaçırmayın.
Kurs kimlər üçündür?
- Maliyyə, mühasibatlıq və insan resursları sahəsində çalışan mütəxəssislər,
Mühasibatı Excel proqramı vasitəsilə idarə edən mikro və kiçik sahibkarlar, mühasiblər və digərləri,
Əməliyyatları avtomatlaşdırmaq və Excel biliklərini inkişaf etdirmək istəyən mühasiblər (kiçik, aparıcı, baş və s.) və digər maraqlı şəxslər üçün.
Kursun faydaları:
- Hesabatların avtomatlaşdırılmasını öyrənərək, mürəkkəb hesabatları daha asan hazırlamaq imkanınız olacaq.Gündəlik işlərinizi sadələşdirən 10-dan çox hazır şablonla vaxtınıza qənaət edəcək və hesabatlarınızı bir “kliklə” yeniləyə biləcəksiniz.”Orta səviyyəli istifadəçi”dən “irəli səviyyəli istifadəçi”yə çevrilərək, işinizin səmərəliliyini artıracaq və daha çox vaxt qazanacaqsınız.
Təlimçi – Elçin Xəlilov:
Elçin Xəlilov Türkiyədə “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. BDO International, Nikoil Bank, Synergy Group, Ada Universitetində çalışmışdır. Son 7 ilin 5 ili ərzində Azərbaycancakı beynəlxalq şirkətlərdən olan “Danone”da Maliyyə meneceri vəzifəsində çalışmışdır. Son 2 il ərzində isə Qazaxıstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 5 ACCA imtahanında iştirak etmiş və hər birini uğurla tamamlamışdır.
Excel ilə bağlı 10 ildən çox təlimçilik təcrübəsinə malikdir. Power Query, Power BI və DAX dili ilə bağlı bir çox yazıların müəllifidir.
Hal-hazırda marketinq xidmətləri sahəsində fəaliyyət göstərən EFA Group Azerbaijan şirkətində Təsisçi və İcraçı-Direktordur.
Həmçinin Azəralüminium MMC – İnvestisiyalar və biznesin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.
Qrupda iştirakçı sayı: 12-15 nəfər
Təlim formatı: Əyani və onlayn iştirak imkanı.
Dərs müddəti və qrafiki: 8 dərs (16 saat) / Həftədə 2 dəfə, saat 19:00-21:00
Kurs paketinə daxildir:
- 8 dərs (16 saat);
- Sertifikatların təmini;
- Video qeydlər və təlim materialları;
- Coffee break;
- Elçin Xəlilovun Udemy-də olan digər Excel kurslarından ödənişsiz olaraq istifadə.
Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/
Təlim müddəti və sonrakı 2 həftə ərzində iştirakçılar, öyrəndiklərini praktiki şəkildə tətbiq etmək və işlərində yaranan problemlərlə bağlı təlimçidən ödənişsiz məsləhət ala bilərlər.
Təlimlər video formatda qeyd olunur, bu da sizə həm təkrarlamaq, həm də iştirak edə bilmədiyiniz dərsləri izləmək imkanı verir. Hər təlimdən sonra (1 gün ərzində) iştirakçılara materiallar (köməkçi fayllar, cədvəllər) və video qeydləri təqdim edilir.
Təlimlərin sonunda (əhatə olunan mövzular üzrə) 2 saatlıq sertifikat imtahanı keçirilir. Nəticəyə əsasən, sizə iştirakçı və ya müvəffəqiyyət sertifikatı təqdim olunur. İştirakçı sertifikatı əldə etmək üçün minimum 80% davamiyyət, müvəffəqiyyət sertifikatı üçün isə 80% davamiyyət və yekun imtahandan ən azı 70% nəticə tələb olunur.
QEYD: Kursa qatılmaq üçün müəyyən səviyyədə Excel biliklərinə sahib olmaq vacibdir.
Kurs proqramı ilə tanış olun:
Gün 1
EXCEL 101
- Mütləq və nisbi istinadlar ($ işarələri);
- 50 əsas qısayol kombinasiyası;
- Xüsusi Paste Special üsulları;
- Sıralama, filterləmə və custom siyahılar;
- Sətir / sütunları qruplaşdırma;
- Transposition – statik və dinamik;
- Sətir və sütunları bərkitmə;
- Geriyə doğru hesablama;
- Xanadakı məlumatı bölmə;
- Flash Fill;
- Dublikatların ləğvi və unikal siyahılar;
- Data Validation;
- Digər Excel hiylələri.
Gün 2
FUNKSİYALAR
MƏTN FUNKSİYALARI
- LEFT, RIGHT, MID;
- TRIM, CLEAN;
- LOWER, UPPER, PROPER;
- REPLACE, SUBSTITUTE;
- VALUE, TEXT;
- CONCATENATE, CONCAT, TEXTJOIN;
- CONVERT.
RİYAZİ VƏ STATİSTİK FUNKSİYALAR
- SUBTOTAL;
- POWER, SQRT, SUMSQ;
- COUNT, COUNTA, COUNTBLANKS;
- COUNTIF;
- COUNTIFS;
- SUMIF;
- SUMIFS;
- SUMPRODUCT;
- ABS, QUOTIENT, MOD;
- CORREL;
- RANK;
- LARGE & SMALL;
- RAND & RANDBETWEEN;
- ROUND & ROUNDUP & ROUNDDOWN.
Gün 3
TARİX FUNKSİYALARI
- NOW, TODAY;
- DAY, WEEKNUM, MONTH, YEAR;
- EOMONTH;
- WORKDAY & NETWORKDAYS;
- DATEDIF.
AXTARIŞ FUNKSİYALARI
- VLOOKUP;
- HLOOKUP;
- ROW, COLUMN;
- INDEX & MATCH;
- OFFSET;
- XLOOKUP.
MƏNTİQİ FUNKSİYALAR
- IF, AND, OR;
- IFERROR;
- IFS;
- MAXIFS, MINIFS.
Gün 4
İRƏLİ SƏVİYYƏLİ FORMUL ANALİZLƏRİ
- İrəli səviyyəli formullar və formul auditi;
- 3D formullar.
FORMATLAMA VƏ VİZUALLAŞDIRMA
- Yeni data növləri;
- Xanadaxili diaqramlar;
- Şərti formatlama;
- Şərti formatlama – axtarış çubuğu;
- Diaqramlar;
- Diaqramlar – şəlalə diaqramı;
- Diaqramlar – kəpənək diaqramı;
- Formatlamanın qızıl qaydaları.
Gün 5-6
DATALARLA HESABLAMALAR
- Tabular format və yararlı data;
- Exceldə cədvəllər;
- Get & Transform (Power Query);
- Pivot cədvəllər & Pivot diaqramlar;
- Datanın analiz edilməsi (süni intellekt şablonları);
- Data cədvəllər və ssenari analizi;
- CHOOSE;
- Form controls vasitələri.
Gün 7
DİNAMİK MASSİVLƏR (Office 365 abunəçiləri üçün)
- Dinamik massivlər – ümumi tanışlıq;
- SORT;
- SORTBY;
- UNIQUE;
- FILTER;
- RANDARRAY;
- SEQUENCE;
- TEXTSPLIT;
- VSTACK;
- FREQUENCY;
- TAKE & DROP;
- STOCKHISTORY;
- Digər dinamik massivlər.
Gün 8
TAPŞIRIQLAR
- Məsələ 1 – Satışların analizi;
- Məsələ 2 – İnsan resursları;
- Məsələ 3 – Bonus hesablanması;
- Məsələ 4 – Pul transferləri.
Proqramı yükləyin: Mühasib və maliyyəçilər üçün Excel kursu
Kursa qoşulmaq, ödəniş detalları, başlama tarixi və digər məlumatlar haqqında ətraflı öyrənmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar: https://crmform.azgroup.az/
Əlaqə:
Ünvan: Caspian Plaza