5 oktyabr 2024-cü il tarixində, Mergen Group şirkətinin rəhbərliyi ilə “Ənənəvi HR-dan Strateji HR-a Transformasiya” adlı masterklass təşkil olundu. Tədbirdə 120-dən çox HR direktoru və mütəxəssisi iştirak etdi. Azərbaycan Mühasiblər Məktəbi olaraq biz də bu mühüm tədbirin sponsoru olaraq dəstəyimizi göstərdik.
HR mütəxəssislərinin şirkətlərin strateji planlamasında oynadığı rol getdikcə daha da önəm qazanır. Strateji HR yanaşması, bizneslərə daha çevik və effektiv olmağa imkan verir, əməkdaşların inkişafına və doğru qərarların qəbuluna yol açır. Biz, Azərbaycan Mühasiblər Məktəbi olaraq, bu transformasiyanın vacibliyini qəbul edir və HR mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, maliyyə və mühasibat sahəsində çalışan əməkdaşların inkişafı üçün uyğun təlimlərin təşkilinə davam edirik.
Tədbirdə bir sıra peşəkar spikerlərin çıxışları dinlənildi, HR sahəsində innovativ yanaşmalar və strategiyalar barədə məlumatlar verildi. Bu mövzularda edilən çıxışlar HR-ların strateji liderliyini və müasir biznes mühitində HR proseslərinin optimallaşdırılmasının vacibliyini vurğuladı.
Azərbaycan Mühasiblər Məktəbi olaraq, masterklass zamanı iştirakçılara öz təlim proqramlarımız haqqında ətraflı məlumat verdik və tədbir iştirakçılarına özəl təkliflər təqdim etdik. HR-larla əməkdaşlıq etmək bizə maliyyə və mühasibatlıq üzrə mütəxəssislərin bilik və bacarıqlarını daha da genişləndirmək üçün vacib imkanlar yaradır.
Bu cür tədbirlərin maliyyə və HR sektorları arasındakı əlaqələri gücləndirərək, bizneslərin gələcəyini formalaşdıracağına inanırıq.