Mənfəət vergisi bəyannaməsi,

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Mənfəət vergisi bəyannaməsi – 2024” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilmədinizsə, keçid edərək video yazını izləyə bilərsiniz.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəffəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Digər vebinarlarımızı izləmək üçün kanalımıza abunə olun: https://www.youtube.com/@muhasiblermektebi

Əlaqə: