
Peşəkar Mühasib Sertifikatı imtahanları elektron formada təşkil olunur
Azərbaycanda peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanlar keçirilir. Bu imtahanlar Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli qərarına əsasən təşkil olunur və Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Məqsəd, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrində qeydiyyata alınmasıdır.
Namizədlərin biliyi elektron formada qiymətləndirilir və təqdim olunan sualları 3 saat ərzində cavablandırmaq tələb olunur.
10 aprel 2025-ci il tarixində isə Dövlət İmtahan Mərkəzində PMS imtahanlarının elektron formasının təqdimatı keçirilib. İştirakçılar təqdim edilən link vasitəsilə qeydiyyatdan keçərək imtahanın demo versiyasında öz bilik və bacarıqlarını yoxlaya və proqramın texniki imkanları ilə tanış ola bilərlər.
Qeyd edək ki, proqram təminatının daha da təkmilləşdirilməsi üçün iştirakçılar imtahan sonunda öz təkliflərini təqdim edə bilərlər.