PMS I mərhələyə hazırlıq

“Azərbaycan Mühasiblər Məktəbi”nin “PMS I mərhələyə hazırlıq üzrə 5 və 10 ballıq məsələlərin izahı”mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Ağamir Əsgərov mühasibat uçotu və audit sahəsində tanınmış mütəxəssisdir. Bakı Mühəndislik Universitetində maliyyə və mühasibat kafedrasında dosent vəzifəsində çalışır. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Peşəkar Mühasib Sertifikatının eksperti və Dövlət qulluğu sektorunda müstəqil eksperti kimi fəaliyyət göstərir.

Eyni zamanda, bir sıra qurumlarda Baş mühasib, Maliyyə direktoru vəzifələrində çalışır. Həmçinin bir neçə şirkətin təsisçisidir.

Təhsil və akademik nailiyyətlər

Ağamir Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarə edilməsi ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiya Komissiyasından iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi adını almışdır.

O, Maliyyə mühasibat sahəsində beynəlxalq səviyyədə tanınmış bir sıra elmi məqalələrin müəllifi, sahə üzrə bir sıra lahiyələrin icraçısı və müxtəlif Beynəlxalq Konfransların iştirakçısıdır.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

📞+994 12 310 05 50

📱+994 50 225 82 05